ABŞ Konqresi Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqini təklif edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast konqresmen Çip Roy ilə birlikdə İsraili təqib etdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) sanksiyanın tətbiq olunmasına dair qanun layihəsini təqdim edib.
"Report" xəbər verir ki, bu barədə komitədən bildirilib.
"Bizim qanun layihəmiz Beynəlxalq Cinayət Məhkəməsinə açıq mesaj göndərir. Biz sizi tanımaya bilərik, lakin siz ABŞ və ya onun müttəfiqlərinə qarşı fəaliyyətləriniz səbəbindən başınıza nə gələcəyini anlayırsınız. Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin özünümüdafiə hüququndan istifadə etməsinə mane olmaq cəhdi yalnız müharibəni uzatdı və girovların azad edilməsinə mane oldu. Bu da HƏMAS-ın əhval-ruhiyyəsini artırdı”, - Mast bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalara ABŞ vizasının verilməsindən imtina və ya əvvəllər verilmiş giriş sənədlərinin ləğvi daxildir.
Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı 2023-cü il oktyabrın 8-dən 2024-cü il mayın 20-dək Qəzza zolağı da daxil olmaqla Fələstin ərazisində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək həbsə order verdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













