Los Ancelesin 10 milyona yaxın sakini səhvən təxliyə barədə bildiriş alıb
Far.Az xəbər saytı

Los Ancelesin 10 milyona yaxın sakini səhvən təxliyə barədə bildiriş alıb


Kaliforniyada davam edən yanğınlar fonunda Los Anceles dairəsinin sakinlərinə səhvən təxliyə bildirişləri göndərilib.

“Far.Az” “CBS News” telekanalına istinadən xəbər verir ki, bu barədə dairənin fövqəladə hallar idarəsinin direktoru Kevin Makqouen məlumat verib.

"Hazırda Uest-Hillzdə baş verən "Kennet" yanğını ərazisindəki sakinlərin təxliyəsi barədə əmr səhvən dairənin təxminən on milyon sakininə və qonşu dairələrin bəzi sakinlərinə göndərilib", - o bildirib.

Direktorun sözlərinə görə, xəbərdarlıq yalnız Kalabasas və Aqura-Hillz şəhərlərinin sakinləri, həmçinin Los Anceləsin Uest-Hillz rayonunda olanlar üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Los-Anceles sakinlərinin təxminən 180 min nəfərinə yanğınlar səbəbindən təxliyə olunmaq göstərişi verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Los-Anceles miqrantların müdafiəsi üçün “sığınacaq şəhəri” statusu haqqında qərar qəbul edib
Los-Ancelesdə komendant saatı tətbiq ediləcək
ABŞ-də meşə yanğınları 1,3 min hektar ərazini əhatə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər