Netanyahu: İsrailə hücumlar husilərə baha başa gələcək
Far.Az xəbər saytı

Netanyahu: İsrailə hücumlar husilərə baha başa gələcək


İsrailin Baş naziri Binyamin Netanyahu gələcəkdə ölkəsinə qarşı istənilən təhdidə qarşı qəti tədbirlər görüləcəyi ilə hədələyib.

“Report” İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu bunu İsrail ordusunun "Ənsarullah" hərəkatının Yəməndəki mövqelərinə zərbələr endirməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, İsrail bundan sonra ölkəni təhdid edən hər kəsə qarşı qətiyyətlə hərəkət edəcək:

"Söz verdiyimiz kimi, husilər bizə qarşı təcavüzlərinin əvəzini ağır ödəyir və ödəyəcək. Bu gün biz husilərin Yəmənin dərinliklərindəki və qərb sahilindəki hədəflərinə zərbələr endirdik".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər