İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Far.Az xəbər saytı

İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib


Əgər tərəflər istəsə, İsveçrə Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna böhranının həlli ilə bağlı görüşünə ev sahibliyi etməyə hazırdır.

“Far.Az” xəbər verir ki, bu barədə “Le Temps” qəzeti İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidaultya istinadən yazıb.

“Bürgenştok sammitindən sonra Ukrayna, Rusiya və ABŞ sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə mütəmadi olaraq məlumatlandırılıblar”, - deyə o qeyd edib.

Eyni zamanda qəzet yazıb ki, İsveçrə hakimiyyəti bu məsələdə təşəbbüs göstərməyəcək. Belə ki, konfederasiya iki lider arasında görüş keçirməyə hazır olan ölkələrin siyahısından sadəcə biridir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər