İsrail Ordusu: “Hizbullah”ın hərbi obyektləri vurulub
Far.Az xəbər saytı

İsrail Ordusu: “Hizbullah”ın hərbi obyektləri vurulub


İsrail Ordusu Livanın “Hizbullah” təşkilatına məxsus hədəflərə zərbələr endirdiyini bildirib.

"Far.Az"un İsrail Müdafiə Ordusunun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Livanda "Hizbullah" hərəkatının bir sıra hədəfləri bombardman olunub.

“Vurulan hədəflər arasında raket buraxılış qurğusu, hərbi obyekt və Suriya-Livan sərhədi boyunca silah qaçaqmalçılığı üçün istifadə edilən marşrutlar olub”, - məlumatda bildirilir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Oxşar xəbərlər

İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
İsrail Ordusu: Qəzza zolağından ölkənin cənubuna yeni raket zərbəsi endirilib
Netanyahu girovların azad edilməsi üzrə danışıqlarda irəliləyiş olduğunu açıqlayıb
İsrail Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
HƏMAS-İsrail müharibəsinin bir ili - kim nə qazanıb? - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər