Ərdoğan: HƏMAS-la İsrail arasında atəşkəs razılaşmasını alqışlayırıq
HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayırıq.
“Far.Az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri razılaşmanının Fələstin sakinləri, region və bütün bəşəriyyət üçün faydalı olacağna, davamlı sülhə və sabitliyə qapı açacağına ümidini ifadə edib.
"Türkiyə bunun üçün bütün imkanlarını səfərbər edəcək", - Ərdoğan vurğulayb.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.
"Əl-Cəzirə" telekanalı bildirib ki, Qəzzada atəşkəs razılaşmasının ilk mərhələsində 33 israilli girov azad olunacaq. Bununla yanaşı, İsrailin hərbi qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çəkəcəyi barədə xəbərlər yayılıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
KİV: Qəzzada atəşkəs razılaşması əldə olunub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













