Orban: Tramp Prezident olaraq qalsaydı, Rusiya-Ukrayna müharibəsi baş verməzdi
Donald Tramp ABŞ Prezidenti olaraq qalsaydı, Rusiya-Ukrayna müharibəsi baş verməzdi.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "Kossuth Radiosu"na müsahibəsində danışıb.
O, ABŞ Prezidenti Cozef Bayden hakimiyyəti dövrünü Macarıstan-ABŞ münasibətləri üçün çətin dövr kimi xarakterizə edib. Baş nazir 2020-ci ildə ABŞ-ə keçirilən Prezident seçkilərinə toxunaraq vurğulayıb ki, əgər Qərb demokratiyasında saxtakarlıq baş verməsəydi, Donald Tramp prezident olaraq qalacaqdı: "Nəticə etibarilə bu gün Rusiya-Ukrayna müharibəsi yaşanmazdı".
V.Orban demokratlar və respublikaçılar arasındakı ideoloji fərqi vurğulayaraq qeyd edib: "Demokratlar qlobalistlərdir, respublikaçılar isə milli təməllər üzərində dayanır". Baş nazir demokratların öz gündəliklərini Corc Sorosla əlaqəli şəbəkələr vasitəsilə həyata keçirdiyini və bu təsirin Brüsseldə də dərin kök saldığını bildirib.
Macarıstanın Baş naziri Donald Trampın prezidentliyi dövründə ABŞ-la münasibətlərin gələcəyinə nikbin yanaşaraq gözlənilən dəyişiklikləri "fantastik, möhtəşəm qızıl dövr" kimi xarakterizə edib.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













