Ötən ay 800 mln. manatdan çox depozit banklardan geri çəkilib
Far.Az xəbər saytı

Ötən ay 800 mln. manatdan çox depozit banklardan geri çəkilib


2024-cü il avqust ayının 1-nə Azərbaycanda fiziki və hüquqi şəxslərin ümumi depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 381.3 milyon manat təşkil edib.

Far.Az-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi cari ilin iyul ayının 1-i ilə müqayisədə 2.3% və ya 803.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ay fiziki şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 219.3 milyon manat azalaraq 13 milyard 661 milyon manat, hüquqi şəxslərin depozitləri isə 584.5 milyon manat azalaraq 20 milyard 720.3 milyon manat təşkil edib.

Xatırladaq ki, iyul ayında bank sektorunun cəmi aktivləri 50 milyard 328.1 milyon manatdan 1 milyard 238.8 milyon manat azalaraq 49 milyard 89.3 milyon manata enib.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb
Mərkəzi Bank I yarımildə 136 min manata yaxın cərimə və maliyyə sanksiyası tətbiq edib
AMB bu il 136 min manata yaxın cərimə və maliyyə sanksiyası tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər