Tramp dünyadakı münaqişələri həll edəcəyini vəd verib
Far.Az xəbər saytı

Tramp dünyadakı münaqişələri həll edəcəyini vəd verib


ABŞ Prezidenti Donald Tramp dünyadakı münaqişələrin həllində iştirak edəcəyini bildirib.

Bu barədə “Far.Az” xarici mətbuata istinadən xəbər verir.

"Bizim uğurumuz təkcə qalib gəldiyimiz döyüşlərdən yox, həm də bitirdiyimiz müharibələrdən ibarət olacaq. Müharibələrə cəlb edilməmək vacib olacaq", - Tramp deyib.

"Mən sülhməramlı və insanları bir araya gətirən insan olmaq istəyirəm", - ABŞ rəhbəri əlavə edib.

O, eyni zamanda ABŞ Ordusunun gücləndirilməsinə diqqət yetirəcəyinə söz verib.

“Biz 2017-ci ildə etdiyimiz kimi (Trampın birinci prezidentliyi dövründə - red) bir daha dünya tarixinin ən güclü ordusunu quracağıq”, - Tramp vurğulayıb.

ABŞ Prezidenti xüsusilə əvvəlki administrasiya tərəfindən COVID-19 peyvəndindən imtina etdiyi üçün silahlı qüvvələrdən uzaqlaşdırılan hərbi qulluqçuları xidmətə qaytaracağına söz verib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Donald Trampın məsuliyyəti: “Amerikanı yenidən möhtəşəm et” - ŞƏRH  
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər