Nazir: Qlobal istiləşmə və iqlimin təsiri ilə ağaclarda müxtəlif xəstəliklər yaranır
Qlobal istiləşmə və iqlimin təsiri ilə ağaclarda xəstəliklər yaranır.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bitkilərin məruz qaldığı bəzi xəstəliklərin mənşəyi bilinməyən xəstəliklərin səbəbi araşdırılır:
"Bilinən xəstəliklərə qarşı mübarizə aparılır, dezinfeksiya işləri və ağacları qorumaq üçün tədbirlər görülür. Amma elə xəstəliklər var ki, onlarla bağlı biliklər çox deyil, öyrənilir. İnanıram ki, alimlər tərəfindən bunlara qarşı da tədbirlər müəyyən olunacaq.
Qlobal istiləşmə və iqlimin təsiri illə ağaclarda xəstəliklər yaranır. Ağacların yaşı və quraqlıq məsələləri də öz təsirini göstərir. Biz yeni, daha dayanıqlı növlərin əkilməsinə çalışırıq. Hazırda Yevlaxda Eldar şamı, Xan çinar və digər növləri əkirik. Onların burada uyğunlaşma prosesini izləmək üçün imkan olacaq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi













