Parlament seçkilərində 991 namizəd mübarizə aparacaq
Far.Az xəbər saytı

Parlament seçkilərində 991 namizəd mübarizə aparacaq




Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.

Far.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq seçki prosesinin son mərhələsidir: "Komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var".

MSK rəsmisi bildirib ki, bu vaxta qədər namizədlərin bütün təşviqat zamanı bir-birinə qarşı addımları sakit atmosferdə davam edir.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Far.Az

Oxşar xəbərlər

Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY
Azərbaycanda 125 deputat mandatı uğrunda 991 namizəd mübarizə aparacaq
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
“Vətəndaş cəmiyyəti uğrunda” koalisiya seçkilərlə əlaqədar aralıq hesabatını təqdim edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər