BMT: Qəzzada atəşkəs aclığın qarşısını almağa kömək edib
Far.Az xəbər saytı

BMT: Qəzzada atəşkəs aclığın qarşısını almağa kömək edib


İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs anklavda aclığın qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verib, lakin vəziyyət mürəkkəb olaraq qalır.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin fövqəladə yardım koordinatoru və təşkilatın Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) rəhbəri Tom Fletçer İsrail və Qəzza zolağına iki günlük səfərindən sonra "Associated Press"ə müsahibəsində bildirib.

"Düşünürəm ki, aclıq təhlükəsinin qarşısı böyük ölçüdə alınıb. Qida çatışmazlığı atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha aşağıdır", - o deyib.

Bununla belə, Fletçer qeyd edib ki, şərait hələ də acınacaqlıdır və insanlar humanitar böhran içərisindədir. "Əgər atəşkəs uğursuz olarsa və pozularsa, tezliklə aclıq geri qayıdacaq", - o vurğulayıb.

Fletçer İsrail və HƏMAS-ı atəşkəs şərtlərinə əməl etməyə çağırıb. O əlavə edib ki, Qəzza əhalisinin daha çox ərzaq, dərman, çadır və sığınacağa ehtiyacı var və anklavda yoluxucu xəstəliklərin yayılması təhlükəsi mövcuddur.

Qeyd edək ki, razılaşmaya əsasən, İsrail gündə 600 humanitar yardım yüklü maşının keçməsinə icazə verib. BMT-nin hesablamalarına görə, atəşkəsdən bu günə qədər anklavın ərazisinə 12 min yük maşını daxil olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
BMT: Cənubi Sudan əhalisinin yarıdan çoxu böhran səviyyəli aclıqla üzləşir
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
OCHA: Dünyada öldürülən humanitar yardım işçilərinin sayı son dərəcə artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər