“Sepah” Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını bağlaya biləcəyini açıqlayıb
İran hərbi qüvvələri lazım gələrsə Hörmüz boğazını bağlaya bilər.
“Far.Az” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri Bəndər-Abbasda jurnalistlərə açıqlamasında söyləyib.
“Hərbi güc tətbiq edərək Hörmüz boğazını bağlaya bilərik. Lakin biz özümüz boğazdan istifadə etdiyimiz müddətdə bunu etməyəcəyik”, – o deyib.
Komandan vurğulayıb ki, ABŞ heç vaxt İran neftinin ixracını dayandırmaq məqsədinə nail ola bilməyəcək. O, Tehranın qarşısında regional sabitliyi və İran neft və qazının təhlükəsiz ixracını təmin etmək kimi əsas məqsədlərin durduğunu xatırladıb.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətinin bərpasını nəzərdə tutan fərman imzalamışdı. Bundan sonra Tramp İranla silahlı qarşıdurmaya getmək niyyətində olmadığını və qarşıdurmadan qaçmaq üçün Tehranla İran nüvə problemi üzrə saziş bağlamaq istədiyini açıqlamışdı.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər













