Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini fasiləsiz davam etdirirlər.
APA DİN-ə istinadən xəbər verir ki, Bakı şəhəri və Salyan rayonunda keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş 1998-ci il təvəllüdlü Elgün Məmmədov və 2002-ci il təvəllüdlü Rəşad Süleymanov saxlanılıblar. Onlardan ümumilikdə 41 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
E.Məmmədov və R.Süleymanov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
Xaricdə təhsil imkanları genişləndirilir - YENİLİKLƏR VƏ FÜRSƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
NYT: Tehran müharibədən əvvəlki raket arsenalının 70 %-ə qədərini bərpa edə bilər
-
İran mediası: ABŞ HHM sistemlərini İordaniyaya köçürüb













