Azərbaycan və Somalinin həmkarlar ittifaqları Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqları Konqresinin (SHİK) prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb.
Konfederasiya sədri Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb, imzalanan sənədlərin digər sahələrlə yanaşı, həmkarlar ittifaqlarının əlaqələrinə də müsbət təsir göstərəcəyini qeyd edib.
Görüşdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, Konfederasiya tərəfindən reallaşdırılan və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.
M.O.Hacı Əli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. Somalili qonaq keçirilən görüşlərin, aparılan təcrübə mübadilələrinin gələcək fəaliyyətləri üçün faydalı olacağını diqqətə çatdırıb.
Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə edilib, AHİK və SHİK arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd işçilərin rifahı, əmək hüquqlarının qorunması və sosial ədalətin təmin edilməsi istiqamətində əlaqələrin inkişafını, qarşılıqlı təcrübə mübadiləsini, əmək və sosial sahədə birgə təşəbbüslərin reallaşmasını və s. məsələləri özündə ehtiva edir.
Daha sonra M.O.Hacı Əli “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyətilə tanış olub. Məlumat verilib ki, ittifaq üzvləri yollayışı asan prosedur və mərkəzləşdirilmiş qaydada Mərkəzdən əldə edirlər. Bu isə əlçatanlıq, şəffaflıq və növbəlik prinsipinə əsaslanmaqla həyata keçirilir.
Oxşar xəbərlər
AHİK nümayəndə heyəti PARŞ İcraiyyə Komitəsinin iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib
AHİK-də Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
Norveçdə pensiya yaşı artırıla bilər













