SOCAR növbəti 5-10 ildə dekarbonizasiya ilə bağlı hədəfləri açıqlayıb
Far.Az xəbər saytı

SOCAR növbəti 5-10 ildə dekarbonizasiya ilə bağlı hədəfləri açıqlayıb


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2030-cu ilə qədər bütün əməliyyat sahələrində məşəldə rutin yandırmanı sıfıra endirməyi hədəfləyir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.

O qeyd edib ki, beynəlxalq praktikada sənayedə dekarbonizasiya üçün doqquz əsas mərhələ mövcuddur: "SOCAR növbəti 5-10 ildə əsasən 5 alətə fokuslanacaq. Dövlət Neft Şirkəti enerji effektivliyinin artırılması istiqamətində tədbirlər həyata keçirir. Elektrik enerjisində "yaşıl mənbələr"dən istifadə olunur, metan qazının havaya atılmasının qarşısı alınır. Dekarbonizasiya həmişə əlavə xərc demək deyil, əksinə, bu prosesdən əlavə gəlir əldə etmək mümkündür. Toplanmış metan qazını saxlayıb, daha sonra beynəlxalq bazara çıxarmaq mümkündür".

T. Quliyevin sözlərinə görə, 2030-cu ilə qədər "Upstream" emissiyalarının intensivliyi 2022-ci illə müqayisədə 30 % azalacaq: "SOCAR 2035-ci ilə qədər korporativ emissiya intensivliyini 2022-ci illə müqayisədə birbaşa aktivlər əsasında 30 %, ümumi emissiyaların isə 20 % azalmağı planlaşdırır".

Vitse-prezidentin müavini qeyd edib ki, 2050-ci ilə qədər SOCAR-ın hədəfi xalis sıfıra nail olmaqdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər