Kəbədə 500 min nəfərlə REKORD GÖSTƏRİCİ
Səudiyyə Ərəbistanındakı Harameyn İşləri Nazirliyi 7 mart tarixində 500 min nəfərlə tarixin ən yüksək günlük ümrə ziyarətçisi sayısına çatıldığını açıqlayıb.
Far.Az xəbər verir ki, Məscid-i Haram və Məscid-i Nəbəvi (Harameyn) İşləri sosial media platforması X üzərindən verdiyi açıqlamada "7 mart tarixində 500 min nəfərlə tarixin ən yüksək günlük ümrə ziyarətçisi sayı qeydə alındı" ifadəsini istifadə edib.
Səudiyyə Ərəbistanının rəsmi xəbərlər agentliyi SPA-nın məlumatına görə, Məscid-i Haram girişlərində müasir texnologiyalı yüksək dəqiqlikli sensorlardan istifadə edilərək ümrə ziyarətçi sayı anlıq olaraq izlənməyə başlanıb.
Rəsmi şəxslər bu yeni texnologiyanın həcc və ümrə ziyarətlərindəki izdiham idarəçiliyini "optimizə etməyi", giriş-çıxış axınını izləyərək daha effektiv yönləndirmə təmin etməyi hədəflədiklərini bildirib.
Bundan əlavə, inkişaf etmiş ağıllı kameralar sayəsində giriş nöqtələrindəki hərəkətlilik anlıq olaraq izlənilir. Beləliklə, sıxlıq yaşanan bölgələr tez bir şəkildə müəyyən edilərək daha effektiv bir idarəetmə həyata keçirilir.
Harameyn İşləri nazirliyi, sözügedən sistemin ilkin olaraq əsas girişlərdə istifadə edildiyini, gələcəkdə Məscid-i Haramın ümumi sahəsində genişləndiriləcəyini açıqlayıb.
Oxşar xəbərlər
QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq
Vüsal Cahangiri: "Həcc ziyarətinə ayrılmış kvotanın, təxminən 70 faizi dolub"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanlı zəvvarların builki Həcc ziyarətinin xərcləri 5 950 dollar təşkil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













