İki xərçəng növünə tutulan model: "Gözəl olmaq barədə düşünmürəm"
Far.Az xəbər saytı

İki xərçəng növünə tutulan model: "Gözəl olmaq barədə düşünmürəm"


Məşhur italiyalı model Byanka Balti iki xərçəng növü ilə mübarizə aparır.

Far.Az xəbər verir ki, o süd vəzi xərçəngindən sonra yumurtalıq xərçəngi xəstəliyinə tutulub. İndi o hər iki xərçəng növünə qarşı müalicə olunur. 

Kimyaterapiya olunan 40 yaşlı Byankanın saçları da tökülməyə başlayıb. Model gözəllik barədə düşünmədiyini, sadəcə bu xəstəlikdən canını qurtarmağa çalışdığını bəyan edib:

"Gözəl olmaq barədə düşünmürəm. Saçlarımı itirmək mənə güc verdi. Çünki ən seksual və ya məftunedici qız olmaq üçün yarışmıram. Qarşımdakı bir çox maneəni qaldırdı. Artıq sübut edəcək bir şeyim yoxdur. Həyatım üçün mübarizə aparıram. Qırmızı xalıda gəzməkdən də qorxmuram".

Xatırladaq ki, modelin 9 və 17 yaşında qızları var.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Alimlər mədəaltı vəzi xərçəngi xəstəliyi olanların ömrünü uzatmağın üsulunu tapıblar
DİQQƏT! Xərçəng xəstəliyinə tutulmamaq üçün bunları edin - FOTO - ARAŞDIRMA
Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər