Türkiyədə əməliyyat - "Flash TV" ifşa oldu
Far.Az xəbər saytı

Türkiyədə əməliyyat - "Flash TV" ifşa oldu


Türkiyənin İstanbul şəhərində keçirilən qanunsuz mərc əməliyyatı zamanı aralarında "Flash TV", "Pozitifbank" və "Payfix" də daxil olmaqla 23 şirkət müsadirə edilib, təşkilatın rəhbəri Erkan Kork da daxil olmaqla 49 şübhəli saxlanılıb.

Far.Az xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu məlumat yayıb.

Şübhəlilər "cinayət törətmək üçün təşkilat yaratmaq", "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması" və "Futbol və digər idman yarışlarında mərc oyunlarının və şans oyunlarının tənzimlənməsi haqqında 7258 saylı qanunu pozmaq" ittihamları ilə araşdırılır.

Təşkilatın rəhbərinə və üzvlərinə məxsus 17 yaşayış yeri, 9 torpaq sahəsi, 1 ofis, 13 nəqliyyat vasitəsi və şübhəlilərin şəxsi hesabları və kripto pul hesabları, bu şirkətlərə aid 23 şirkət və cəmi 114 nəqliyyat vasitəsi, 23 şirkətin ümumi maliyyə təsiri 6 milyard 900 milyon lirə olan aktivlərinə həbs qoyulub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər