Meloni: İtaliya Ukraynada hərbi missiyada iştirak etməyəcək
Far.Az xəbər saytı

Meloni: İtaliya Ukraynada hərbi missiyada iştirak etməyəcək


İtaliya Ukraynada mümkün hərbi missiyada iştirak etməyi planlaşdırmır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin çağırdığı və 25-ə yaxın Qərb ölkəsinin liderlərinin Ukraynadakı vəziyyətə həsr olunmuş videokonferansında iştirak edən İtaliya hökumətinin sədri Corcia Meloninin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir İtaliyanın avropalı tərəfdaşlar və ABŞ ilə birlikdə Ukrayna üçün möhkəm və effektiv təhlükəsizlik zəmanətlərinin müəyyən edilməsi üzrə işləri davam etdirmək niyyətində olduğunu təsdiqləyib. O, həmçinin ölkəsinin mümkün hərbi missiyada iştirakının nəzərdə tutulmadığını diqqətə çatdırıb", - bəyanatda bildirilib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər