Xərçəng xəstəsi olan rəqqasə Tanyeli vəfat etdi
Far.Az xəbər saytı

Xərçəng xəstəsi olan rəqqasə Tanyeli vəfat etdi


Uzun müddətdir xərçəngdən müalicə olunan rəqqasə Tanyeli vəfat edib. 

Far.Az xəbər verir ki, rəqqasə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun qəfildən səhhəti ağırlaşaraq süni tənəffüs aparatına qoşulmuşdu. 

Ötən gün böyük oğlu Taylan "Anamın müalicəsi davam edir. İnşallah xeyirli xəbərlərini eşidəcəyik. Xahiş edirik dualarınızı əskik etməyin" deyə açıqlama vermişdi. 

Xatırladaq ki, ötən il müğənni Haluk Levent və Hakan Altunun onun xəstəxana xərclərini qarşıladığını bildirmişdi.

Tanyeli 2.5 ildən çoxdur ki, pankreas xərçəngi (Mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparırdı. 

Oxşar xəbərlər

Xərçəng olan rəqqasə: "Bu gün ya da sabah xəstəxanadan çıxacam"
"Öldü" xəbəri yayılan rəqqasənin SON VƏZİYƏTİ AÇIQLANDI
Xərçəng xəstəsi olan rəqqasə süni tənəffüs aparatına qoşuldu
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər