ABŞ kəşfiyyatı: Növbəti beş ildə yeni nüvə dövlətləri yarana bilər
"Amerika Birləşmiş Ştatları yaxın beş il ərzində nüvə silahlarının yayılmasını və yeni nüvə dövlətlərinin yaranmasını gözləyir".
"Report"un məlumatına görə, bunu ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin (DİA) direktoru general-leytenant Ceffri Kruz ABŞ Senatının Xüsusi Kəşfiyyat Komitəsinin dinləmələrində deyib.
Onun sözlərinə görə, Amerika kəşfiyyatı nüvə silahının yayılmasını, eləcə də onların təkamülünü fəal şəkildə izləyir:
"Biz başa düşməliyik ki, planetdə kimin nüvə silahı var, onlar hansı növ və dərəcələrdə ölümcül olurlar. Son beş ildə vəziyyət kəskin şəkildə dəyişib və növbəti beş ildə də dəyişikliklər davam edəcək".
O, həmçinin qeyd edib ki, öz çəkindirmə strategiyasına malik yeni nüvə ölkələrinin yaranması dünyada vəziyyəti çətinləşdirəcək və Vaşinqtonun siyasi qərarlarına, o cümlədən silahlı münaqişələr sahəsindəki qərarlarına təsir edəcək.
Bundan əlavə, dinləmələrdə SSRİ-nin dağılmasından sonra Rusiyaya verilmiş Ukraynanın nüvə arsenalı ilə bağlı məsələ də müzakirə olunub.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













