Rövzət Qasımov: Namizədlərin seçkiqabağı təşviqatla bağlı qanun pozuntusuna yol verməsinə dair MSK-ya heç bir müraciət daxil olmayıb
Mərkəzi Seçki Komissiyasına (MSK) bu günə qədər namizədlərin seçkiqabağı təşviqatla bağlı qanun pozuntusuna yol verməsinə dair heç bir müraciət daxil olmayıb.
Bunu "Far.Az"a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, namizədlərin təşviqat kampaniyası indiyədək bir-birlərinə qarşılıqlı hörmət şəraitində və sakit atmosferdə davam edir:
"Namizədlər öz məlumat, ismarış və platformalarını seçicilərinə aydın formada çatdırır, onların suallarını cavablandırırlar. Bir məlumatı da qeyd edim ki, MSK-nın 115 nömrəli “Qaynar xətti”nə indiyədək barmaqla sayılacaq qədər müraciət daxil olub. Onların mütləq əksəriyyəti sorğu xarakterlidir. Yaxud da seçki subyektləri tərəfindən hüquqi məsələlər barədə qaynar xəttimizə müəyyən suallar ünvanlanıb. Təşviqat üçün ayrılan yerlərlə bağlı da suallar olub. Bildiyiniz kimi, namizədlərin seçkiqabağı təşviqatı üçün geniş və hərtərəfli imkanlar təmin olunub, təşviqat prosesinin daha geniş vüsət alması üçün MSK müvafiq qurumlarla birgə 5 min 506 yer müəyyənləşdirib və həmin yerlər barədə ətraflı məlumat ictimailəşdirilərək seçicilərin və təşviqat subyektlərinin diqqətinə çatdırılıb. Ayrılan yerlərdən 3469-u açıq, 2037-si isə qapalıdır. Bütün bu yerlər avqustun 31-i saat 8:00-dək namizədlərin sərəncamındadır".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ
Seçkiqabağı təşviqat prosesi başa çatır
Parlament seçkilərində 991 namizəd mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"
-
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
-
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18 %-dən çox artıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
-
Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib













