ICESCO-nun baş direktoru İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Far.Az xəbər verir ki, məktubda deyilir:
"İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO adından və öz adımdan Zati-alinizə, hökumətinizə və qardaş Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.
Bu əlamətdar bayram Azərbaycan xalqının sarsılmaz qətiyyətinin, suverenliyə, birliyə və tərəqqiyə möhkəm sadiqliyinin rəmzidir.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm regional, həm də qlobal miqyasda sülhü və əməkdaşlığı təşviq etməklə yanaşı, davamlı tərəqqi, mədəniyyətin qorunub saxlanılması, təhsilin və elmin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Biz ICESCO ilə Azərbaycan Respublikası arasında sıx və səmərəli əməkdaşlıqdan qürur duyuruq, bütün İslam dünyasında təhsili, elmi və mədəniyyəti dəstəkləmək üçün tərəfdaşlığımızı gücləndirməyə sadiq qalırıq. Azərbaycanın təşkilatımızdakı fəal və konstruktiv rolunu, eləcə də ICESCO-nun missiyasına və təşəbbüslərinə davamlı dəstəyinizi yüksək qiymətləndiririk.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, möhkəm cansağlığı və uğurlar arzulayıram".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"
-
Səudiyyə Ərəbistanı Yaxın Şərq və İran arasında təcavüzkarlıq paktının imzalanmasını təklif edib
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur
-
ADY-də üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlandı













