NATO hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılması planlarını təsdiqləyib
Far.Az xəbər saytı

NATO hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılması planlarını təsdiqləyib


NATO müdafiə nazirləri Brüsseldə keçirilmiş görüşdə soyuq müharibə dövründən bəri alyansın hərbi imkanlarının ən əhəmiyyətli artırılması planlarını təsdiqləyiblər.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte görüşün yekunlarına dair mətbuat konfransında danışıb.

"Biz hərbi imkanların artırılması üçün iddialı planlar qəbul etdik. Buraya hava hücumundan müdafiə vasitələri, tanklar, uzaqmənzilli sistemlər, pilotsuz uçuş aparatları və quru qoşunları daxil olacaq. Əlbəttə, bunun üçün NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdırlar", – o bildirib.

Rütte 24-25 iyunda Haaqada keçiriləcək NATO sammitinə alyans ölkələri üçün hərbi xərclərin hazırkı ÜDM-in 2 %-dən 5 %-nə qaldırılması ilə bağlı "təklif irəli sürdüyünü" təsdiqləyib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Zelenski Rütte ilə Rusiya, İran və Şimali Koreyanın “yaratdığı qlobal riskləri” müzakirə edib
NATO üzvləri Alyans ölkələrinin müdafiə sənayesini bərpa etmək planı barədə razılaşıb
Rutte: NATO ölkələri öhdəlikləri yerinə yetirməsə, Vaşinqtondan çox yaxşı bir insan onlarla əlaqə saxlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər