İsrailin İrana endirdiyi zərbələrdə neçə təyyarənin iştirak etdiyi açıqlanıb
Far.Az xəbər saytı

İsrailin İrana endirdiyi zərbələrdə neçə təyyarənin iştirak etdiyi açıqlanıb


İsrail Müdafiə Ordusu (SAXAL) İrana qarşı həyata keçirilən hərbi əməliyyatda 200-dən çox qırıcı təyyarənin iştirak etdiyini və ölkə ərazisində 100-dən artıq hədəfin vurulduğunu bildirib.

Bu barədə "CNN" telekanalı SAXAL nümayəndəsi Effi Defrinin sözlərinə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, bu vaxtadək 330-dan çox müxtəlif tipli döyüş sursatı istifadə olunub.

Defrin qeyd edib ki, İsrailin zərbələri dəqiq və sinxronlaşdırılmış əməliyyatın bir hissəsi olub və pilotlar İranın müxtəlif bölgələrindəki hərbi və nüvə obyektlərinə zərbələr endirməyə davam edir.

Qeyd edək ki, 13 iyun gecəsi İsrail "Am KeLavi" kod adlı hərbi əməliyyata başladığını elan edib. Əməliyyatın məqsədi İranın nüvə və raket proqramlarına zərbə vurmaqdır. Bu çərçivədə Tehran, Natanz və digər yaşayış məntəqələrində yerləşən hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və SEPAH üzvlərinin olduğu yaşayış kompleksləri bombalanıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər