İraq İsrailə qarşı BMT-yə şikayət etdi: Hava məkanı pozuldu
İsrailin İran əleyhinə başlatdığı genişmiqyaslı hava əməliyyatı zamanı İraqın hava məkanı kobud şəkildə pozulub.
Far.Az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Bağdad buna qarşı rəsmi şikayət təqdim edərək bunu "suverenliyin açıq pozulması" adlandırıb .
Rəsmi sənəddə, İraq BMT Təhlükəsizlik Şurasını və Baş katibi məsuliyyətlərini yerinə yetirməyə çağırır, eyni xətaların təkrarlanmamasını təmin etmək üçün beynəlxalq tədbirlər görməyi tələb edir .
İraq hökuməti bildirir ki, bu hadisə beynəlxalq hüququn, BMT Nizamnaməsinin normalarının ciddi şəkildə pozulmasıdır və regionda gərginliyi artırmağa yönəlmiş təhlükəli presedent yaradır .
Şikayət məktubu BMT Baş katibi António Guterresə və Təhlükəsizlik Şurasına ünvanlanıb .
Bu addımdan sonra İraq ABŞ-a, həmçinin BMT-nin digər üzvlərinə diplomatik əlaqə yaratmağa başlayıb .
İlk dəfə 26 oktyabr 2024-cü il tarixində İsrailin hava əməliyyatı zamanı baş verən hava məkanı pozuntusu İraq tərəfindən qəti şəkildə rədd edilib .
Bu şikayət fonunda bölgədə gərginlik yüksəlmiş və BMT Təhlükəsizlik Şurasından təcili iclas çağırılması barədə çağırışlar səsləndirilib .
Qeyd edək ki, nəticə etibarı ilə İraq İsrailin hava əməliyyatı zamanı hava məkanını keçməsi faktını beynəlxalq hüquq pozuntusu olaraq qiymətləndirib və bununla bağlı BMT-yə şikayət edib. Bağdad BMT-dən İsrailin bu cür əməliyyatlarının qarşısını almaq və təkrar pozuntuları önləmək üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq













