Polşa səfiri: "Qarabağda aparılan bərpa işlərinin miqyası heyranedicidir"
Far.Az xəbər saytı

Polşa səfiri: "Qarabağda aparılan bərpa işlərinin miqyası heyranedicidir"


"Qarabağda aparılan bərpa işlərinin miqyası və sürəti heyranedicidir".

Far.Az xəbər verir ki, bu barədə "Report"un Laçına ezam olunmuş əməkdaşının sualına cavab olaraq Polşanın Azərbaycandakı səfiri Pavel Radomski bildirib.

"Bu, Qarabağa ikinci səfərimdir. İlk dəfə iki ay əvvəl Xankəndidə olmuşam. Azad edilmiş ərazilərdəki gözəllikdən, təbiətdən, dəyişikliklərin miqyasından, investisiyalardan, modernləşmədən heyrətə gəldim", - diplomat qeyd edib.

 Səfir azad edilmiş ərazilərin bərpasının bütün region üçün strateji əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu proses təkcə iqtisadi deyil, həm də dərin sosial əhəmiyyətə malikdir.

Polşalı diplomat xüsusilə vurğulayıb ki, bərpa prosesi "təkcə pul deyil, həm də Qarabağa qayıtmaq istəyən hər kəsə kömək etmək əzmi tələb edir".

Bundan əlavə, səfir azad edilmiş ərazilərə yenidən səfər etmək istəyini ifadə edib: "Bərpa planının necə irəliləyəcəyini görmək maraqlıdır. Azərbaycana uğurlar arzulayıram".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Millətlər Liqası: Azərbaycan yığması son oyununda böyük hesabla məğlub olub – YENİLƏNİB - 9 - VİDEO
Millətlər Liqası: Azərbaycan millisinin qapıçısı penaltini dəf edib - YENİLƏNİB - 6
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər