"Yalvardım ki, məni boşa"
Far.Az xəbər saytı

"Yalvardım ki, məni boşa"


"16 ildir həyat yoldaşımla tanışıq. Kitabxanada tanış olmuşuq. Onun arxasınca 7 ay qaçdım, dedim, mənim olacaqsan. O vaxtlar depressiyada idi, ailəsindən ayrılmışdı. Deyirdi, qadınlara inanmıram, ailə qurmaq istəmirdi. Hara gedirdi ora gedirdim, məktublar yazıb maşınının üstünə qoyurdum. 3 ildir rəsmi boşanmışam. 15 ildir evli idik, amma onun soyadını götürməmişdim. Prinsip söhbəti idi: o, istəyirdi Zeynalova olum, mən isə Qasımova qalmaq istəyirdim. İnadkarlıq etdi ki, soyadımı götürəcəksən".

Far.Az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Pərvizə görə" verilişində deyib. Aktrisa həyat yoldaşı Nazimdən danışıb:

"Getdim, etdim, 1 ay sonra isə dedim soyadımı dəyişirəm. Dedi, yaxşı, mən istəyəni etdin. Getdim, dedilər 8 ay gözləməlisiniz, yoxlanmalısınız. Biz də məkan açmışdıq. Bütün sənədlər mənim adıma idi, hamısı dəyişməlidir. Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan. Getdim yalvardım ki, məni boşa. Nə etdim özümü boşatdırdım. O da dedi ki, söz ver yenidən evlənəcəyik. Dedim, bir şərtlə, gəl toy edək və gəlinlik geyinim. Faciə oldu, toy məsələsini saxladıq. Evli olanda küsəndə demirsən gedirəm. İndi isə deyirəm ki, küsdüm, gedirəm anam gilə".Axşam.az

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər