Azərbaycanlı gənc ifaçı Türkiyədə bu müsabiqəyə qatıldı
Far.Az xəbər saytı

Azərbaycanlı gənc ifaçı Türkiyədə bu müsabiqəyə qatıldı


Azərbaycanlı gənc müğənni, aktyor Şahin İmaməliyev "Now TV" də yayımlanan "Yetenek Sizsiniz Türkiye" müsabiqəsinə qatılıb.

BAKU.WS xəbər verir ki, ifaçı ilk turu 4 münsifdən "hə" cavabı alaraq ikinci mərhələyə vəsiqə qazanıb.

Bu yolda özünə yetəri qədər inanan Şahin qatıldığı yarışmanın hiss-həyəcanını və keçdiyi mərhələnin gedişatını danışıb:

"Bu müsabiqəyə dostum mənim adımnan qeydiyyatdan keçib və onlara videomu göndərib. 1 həftə sonra mənə zəng edib, 18 mayda məni görmək, dinləmək istədiklərini, yəni bəyəndiklərini dedi.

Vaxt itirmədən bilet alıb getdim, birbaşa səhnəyə çıxmalı olduğumu dedilər, tez hazırlaşdım. Oxudum, bəyəndilər. Bütün münsif heyətindən "hə" gözləyirdim, elə də oldu. Hər birinin möhtəşəm rəyini aldım. Bir sözlə, çox xoş oldu. Növbəti turlarda nələr olacaq, özümə də maraqlıdır".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Yetenek sizsiniz Türkiye" qayıdır - Münsiflərdən biri məşhur aktrisadır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fuad Poladovun qızı Xalq artistinin həyatını yarıda qoyan xəstəliyindən danışdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər