İbrahim Borçalı vəfat edən oğlunun illər əvvəl yazdığı məktubu paylaşdı
Müğənni İbrahim Borçalı mərhum oğlu Rəhimin illər əvvəl yazdığı məktubun fotosunu yayıb.
Far.Az xəbər verir ki, məktubu ifaçının oğlu Rəhim anasının ad günü üçün yazıb.
Sözügedən məktubu İbrahimin qızı Aysun illərdir saxlayıb. Nəhayət o anasının bu ad günündə bu məktubu ona vermək qərarına gəlib.
"Bu məktub illər əvvəl oğlumun anasına ad günü üçün yazdığı məktubdur. Uşaq ürəyi ilə, saf duyğularla... Həmin məktubu qızım 5 il boyunca gizlədib verməyə cəsarət etməmişdi. Bu il isə istəyini yerinə yetirib ad günündə qardaşının səsini yenidən bizə yaşatdı. Bunu bugün bizimlə bölüşərək göz yaşlarıyla olsa da, bizi çox sevindirdi" -deyə İbrahim Borçalı qeyd edib.
Xatırladaq ki, Rəhim 2020-ci ildə 21 yaşında avtomobil qəzasında həyatını itirib.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
İlham Əliyev bir qrup incəsənət xadimini təltif etdi - SƏRƏNCAM
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













