Gömrük attaşeləri öz funksiyalarını diplomatik nümayəndəliklərin tərkibində həyata keçirəcək
Far.Az xəbər saytı

Gömrük attaşeləri öz funksiyalarını diplomatik nümayəndəliklərin tərkibində həyata keçirəcək


Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlardakı nümayəndələri (gömrük attaşeləri) öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirəcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırdıqdan sonra bu Fərmana uyğun olaraq razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri (gömrük attaşeləri) öz funksiyalarını təyin olunduqları xarici dövlətlərdə və ya beynəlxalq təşkilatlarda akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirirlər və öz fəaliyyətlərini həmin nümayəndəliklərin fəaliyyəti ilə əlaqələndirəcəklər.

İndiyə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikasının həmin xarici dövlətlərdəki səfirliklərinə, onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunurdular.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər