Milyarder İbrahim Süleymanov Moskvada tanınmış şəxsin qətlində ittiham edilir
Rusiyanın paytaxtı Moskvada saxlanılan milyarder İbrahim Süleymanov 2004-cü ildə Rusiyanın Maliyyə Bərpası və İflas Federal Xidmətinin (RMBİFX) keçmiş rəhbəri Georgi Talın qətlində iştirakı ilə bağlı yoxlanılır.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, söhbət Moskvanın iri biznes dairələrində tanınan Georgi Tala qarşı törədilən sui-qəsddən gedir. 2000-ci illərin əvvəllərində, o, paytaxt aeroportlarının müflisləşmə prosesləri ilə məşğul olur və tanınmış rusiyalı iş adamlarının maraqlarını müdafiə edirdi.
Fotoda RMBİFX-nin keçmiş rəhbəri Georgi Tal
Qeyd edək ki, hadisə Moskvanın mərkəzində baş verib. Qatil səhər saatlarında Basman küçəsindəki evindən çıxan G.Talı pusquya salıb. O, RMBİFX rəhbərinə dörd dəfə atəş açaraq hadisə yerindən qaçıb. Tal dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
*** 12:00
Milyarder və tanınmış iş adamı İbrahim Süleymanov Moskvada qətl ittihamı ilə saxlanılıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Baza" "Telegram" kanalı yayıb.
Bildirilir ki, biznesmen bir neçə il əvvəl törədilmiş qətldə şübhəli bilinir.
"Yaxın saatlarda Süleymanov barəsində həbs-qətimkan tədbiri seçiləcək. İstintaq onun həbsdə saxlanılmasında israr edəcək", - deyə mənbə bildirib.
Qeyd olunur ki, İbrahim Süleymanov müasir Rusiyanın ən nüfuzlu oliqarxlarından biri hesab edilir.
O, əvvəllər dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə məhkum edilsə də, nüfuzunu və hakimiyyətini qorumağa nail olub.
Onun "Sirena-Travel" SC aviabilet bronlaşdırma dövlət sistemi üzərində nəzarətə malik olduğu, həmçinin nəqliyyat, aviasiya və informasiya texnologiyaları kimi əsas sahələrdə ciddi təsir gücünə sahib olduğu bildirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













