Xalq artisti Şahnaz Haşımova xəstəxanadan evə buraxıldı
"İlk olaraq mənim üçün narahat olan, səhhətimi diqqətdə saxlayan bütün media işçilərinə təşəkkür edirəm. Hər biriniz çox sağ olun".
Far.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında bu gün xəstəxanadan evə buraxılan Xalq artisti Şahnaz Haşımova deyib.
"Bu gün xəstəxanadan çıxdım, hazırda evdəyəm. Yaxşıyam, qan təzyiqim və şəkərim yerindədir. Hörmətli həkimlərimiz məni bir daha tam müayinə etdilər, yoxladılar və sağlam şəkildə evimizə göndərdilər. Müalicə aldığım Gəncə Beynəlxalq Xəstəxanasının rəhbərliyinə, həkimlərə, bütün tibb bacılarına, texniki personala, həmçinin bizim səhiyyə idarəsinin rəisi İlkin həkimə çox təşəkkür edirəm. Mənim üçün narahat oldular, zəhmət çəkdilər, bir sözlə, mənim həyatımı xilas etdilər.
Dövlət başçımıza ailəmiz və Gəncəmiz adından xüsusi təşəkkür edirəm ki, bizim şəhərimizdə bu cür yüksəkşəraitli xəstəxanalar və həkimlər var. Sağ olsun möhtərəm Prezidentimiz ki, bizi, sənət adamlarını həmişə belə hörmətli tutur, ondan hər zaman xüsusi diqqət görürük. Ümumiyyətlə, incəsənət xadimləri hər zaman dövlətimizin və birinci xanım Mehriban Əliyevanın diqqətindədir. Prezidentimizə və Mehriban xanıma cansağlığı arzulayıram", - deyə Ş.Haşımova qeyd edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













