Qərbi Azərbaycan Xronikası: Qaraçılarla ermənilər niyə bu qədər oxşardır?
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
Verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy qədim tayfa adları, erməni dili ilə müasir hay dilinin fərqi, Ermənistanın əsl sakinlərinin kimliyi və s. məsələlərdən danışıb.
O bildirib ki, qədim tayfaların adları tanrı adlarından yaranıb: "Qərbi Azərbaycanda ermənilərə aid qədim toponim yoxdur. Ararat dağı əslində türklərin torpağıdır. Ararat adının kökü Arar və Urar mələkləri ilə bağlıdır. Ermənilərin dili qondarma dildir. Linqvistikanın ən böyük fırıldaqlarından biri "erməni dili"dir.
Qədim erməni dili ilə müasir hay dili tamamilə fərqlidir və bunların arasındakı əlaqə genetik xarakter daşımır. Qrabar və aşxarabar "erməni dili"nin əsl mahiyyətini açır. Ermənilərin 80 ləhcəsi, 3 dili var. Qaraçılarla ermənilər çox oxşardır. Ermənilər Hindistan və Sinddən gəlmədir".
Onun sözlərinə görə, xristianlıq mədəniyyətinin qurucuları azərbaycanlılardır. Ermənistanın əsl sakinləri türklər olub. Göbək kəsmək adəti qədim Azərbaycan ənənəsidir. "Kert" erməni sözü deyil, daş yonmaq ənənəsi türklərə məxsusdur. Sevan və İrəvan adlarının həqiqi köklərində, Urartu dövlətində türk izləri mövcuddur. Ermənilərin qondarma tarix nağılları ifşa olunur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Qərbi Azərbaycan Xronikası: "Türk" adlı yarımtanrı: Herakl analoqu kim idi?
Qərbi Azərbaycan Xronikası: "Zuban–Sevan qardaşlığı: Lənkərandan Göyçəyə uzanan izlər"
Beynəlxalq simpoziumun ikinci günü panellərlə davam edir
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













