MM Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib
Far.Az xəbər saytı

MM Zəfər Günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib


Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlanmasını təklif edib.

Far.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında təkliflə çıxış edib.

"Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq", - deyə, sədr bildirib.

Deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar.

Oxşar xəbərlər

Sahibə Qafarova TÜRKPA-nın yeni baş katibini qəbul edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər