Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında Zəfər günü ilə bağlı hərbi yürüşlər keçiriləcək
Far.Az xəbər saytı

Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında Zəfər günü ilə bağlı hərbi yürüşlər keçiriləcək


Azərbaycanın müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçular noyabrın 6-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

Bakı şəhəri üzrə:

Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

Bakı, Sumqayıt, Naxçıvan, Xankəndi, Şuşa və Laçında Zəfər günü ilə bağlı hərbi yürüşlər keçiriləcək

Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

"Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti.

Sumqayıt şəhəri üzrə:

Dənizkənarı Bulvar ərazisi.

Naxçıvan şəhəri üzrə:

Dilqəm Pişəvəri, Əziz Əliyev küçələri və Heydər Əliyev prospektinin kəsişməsindən "Zəfər Parkı"nadək.

Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə və prospektləri.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakı Uşaq və Gənclər Teatrı yeni  layihəyə start verib.
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində mikromobillik zolağı təşkil edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər