Sabah Bakıda hava yağmursuz keçəcək, bəzi rayonlarda isə arabir yağıntı olacaq
Far.Az xəbər saytı

Sabah Bakıda hava yağmursuz keçəcək, bəzi rayonlarda isə arabir yağıntı olacaq


Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Far.Az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Oxşar xəbərlər

Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Küləkli hava şəraiti bu vaxta qədər DAVAM EDƏCƏK
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Dekabrın ilk ongünlüyündə hava yağıntılı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər