Meksika parlamentində qalmaqal - Şura üzvləri arasında dava kameraya düşdü
Meksikanın paytaxtı Mexiko şəhərində keçirilən şəhər şurasının iclasında qalmaqallı hadisə baş verib. PAN və MORENA partiyalarını təmsil edən şura üzvləri arasında yaranan mübahisə fiziki davaya çevrilib.
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, insident şəxsi məlumatlarla məşğul olan "şəffaflıq agentliyi"nin ləğvi və onun yerinə yeni qurumun yaradılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı baş verib. Müzakirələr gərginləşdikdən sonra tərəflər əsas kürsü ətrafında bir-birilərinə qarşı aqressiv davranış nümayiş etdiriblər.
Hadisə zamanı PAN və MORENA partiyalarının qadın üzvləri - Daniela Alvarez, Yuriri Ayala, Martha Avila, Rosario Morales və Claudia Perez arasında qarşıdurma yaşanıb. Onların bir-birini itələdiyi, saçlarını dartdığı və yüksək səslə mübahisə etdiyi anlar kameraya düşüb. Digər şura üzvləri davanı ayırmağa çalışsa da, bəziləri baş verənləri mobil telefonlarla lentə alıb.
Qeyd edək ki, qalmaqallı dava şəhər şurasının rəsmi iclası zamanı baş verdiyindən hadisə ictimaiyyətdə geniş rezonans doğurub. Hazırda insidentlə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













