Azərbaycan Qazaxıstana dərman istehsalı sahəsində əməkdaşlıq təklif edib
Far.Az xəbər saytı

Azərbaycan Qazaxıstana dərman istehsalı sahəsində əməkdaşlıq təklif edib


Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel və Azərbaycanın səhiyyə naziri Teymur Musayev arasında görüş keçirilib və səhiyyənin müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Far.Az" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qazaxıstan diplomatı ikitərəfli münasibətlərin yüksək səviyyəsini və dinamikasını vurğulayıb. Səfir müalicə turizmi üçün Azərbaycana gələn qazaxıstanlıların sayının ildən-ilə artdığını, Azərbaycan vətəndaşlarının Qazaxıstanın tibb təhsili müəssisələrində uğurla təhsil aldığını qeyd edib.

T.Musayev öz növbəsində Azərbaycan ilə Qazaxıstan arasında səhiyyə sahəsində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Nazirin sözlərinə görə, iki ölkə dərman istehsalı sahəsində əməkdaşlıq edə bilər. Nazir, həmçinin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətinə nəzarət sahəsində Qazaxıstanın uğurlu təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqində maraqlı olduğunu bildirib.

A.Bayel görüşdə onu da qeyd edib ki, Qazaxıstan şirkətləri Azərbaycanda, o cümlədən Qarabağ regionunda tibb müəssisələrinin inşasında iştirak etməyə hazırdır. Nazir bu təşəbbüsü alqışlayıb və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Görüş zamanı T.Musayev, həmçinin vurğulayıb ki, Azərbaycan İlkin Tibbi-sanitariya Yardımı üzrə Ölkələr Koalisiyasının yaradılması ilə bağlı təşəbbüsü dəstəkləyir.

Oxşar xəbərlər

Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər