Çində generativ süni intellekt üçün optik çip yaradılıb
Şanxay "Jiao Tong" Universitetinin tədqiqatçıları genişmiqyaslı generativ süni intellekt modelləri ilə işləməyə imkan verən "LightGen" adlı optik çip hazırlayıblar.
"Far.Az"un "China Daily"ə istinadən məlumatına görə, alimlər hesab edirlər ki, bu ixtira genişmiqyaslı hesablama tapşırıqlarının həlli üçün yeni perspektivlər açır.
"LightGen" generativ süni intellektin daha yüksək sürət və səmərəliliklə inkişafı üçün yeni yol açır, yüksək sürətli və enerji baxımından səmərəli generativ intellektual hesablama sahəsində tədqiqatlar üçün yeni istiqamət göstərir", – deyə aparıcı tədqiqatçı Çen İtun bildirib.
Tərtibatçıların sözlərinə görə, "LightGen" irimiqyaslı semantik və vizual generativ süni intellekt modellərini dəstəkləyən ilk tam optik çipdir. Optik hesablamalarda tranzistorlardakı elektronlar əvəzinə işıqdan istifadə olunur ki, bu da məlumatların işlənməsini sürətləndirməyə və enerji sərfiyyatını azaltmağa imkan verir.
Eksperimentlər göstərib ki, çip yüksək keyfiyyətli təsvirlər, 3D modellər və yüksək dəqiqlikli videolar yarada bilir.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək













