Azərbaycan Böyük Britaniya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Böyük Britaniya iqtisadiyyatına 176 350 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
"Far.Az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,3 %-dən 8,7 %-ə qalxıb.
9 ay ərzində Böyük Britaniya isə Azərbaycan iqtisadiyyatına 1 milyard 243 milyon 118 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 4,7 % azdır.
2025-ci ilin yanvar-sentyabr aylarında Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 28,8 %-dən 26,2 %-ə düşüb.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 2 milyard 038 milyon 685 min ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 47,6 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 4 milyard 522 milyon 578 min ABŞ dolları (4,7 % çox) təşkil edib.
Oxşar xəbərlər
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 4 dəfə artırıb
Türkiyə Azərbaycana investisiya qoyuluşunu 4 %-dən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













