Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Mədəniyyət gücümüzdür - həmrəylik birliyimizdir" şüarı altında bayram tədbiri keçirilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət və ictimai təşkilatların təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Özbəkistanda yaşayan Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında humanitar və mədəni təşəbbüslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Özbəkistanda yaşayan Azərbaycan diasporu da həmrəyliyin bir hissəsidir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli deyib ki, hər iki ölkə prezidentlərinin sayəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəlib. Bu isə humanitar və mədəni əlaqələrin genişlənməsi üçün də möhkəm zəmin yaradır.
Sonra Azərbaycanın tanınmış xanəndəsi Rəvan Qaçayev və gənc müğənni Ülkər Abdullayeva çıxış ediblər. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Xarı Bülbül" teatr truppası Azərbaycan klassik dramaturgiyası və musiqili teatrına aid səhnəciklər, eləcə də xalq mahnılarını tamaşaçılara təqdim edib. Eyni zamanda, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Qarabağ Zəfəri" rəqs ansamblı çıxış edib.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













