Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Far.Az xəbər saytı

Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib


Moldova hakimiyyəti Rusiyanı "Rus Evi"nin, Kişinyovdakı "Rusiya Elm və Mədəniyyət Mərkəzi"nin fəaliyyət göstərdiyi hökumətlərarası sazişin denonsasiyası barədə xəbərdar edib.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popşoy məlumat verib.

"Rusiya tərəfi artıq məlumatlandırılıb və yayda, çox güman ki, iyunun sonu - iyulun əvvəlində, hazırkı sazişin müddəalarının müddəti bitəndə onun müddəti uzadılmayacaq, bu da sənədin hüquqi qüvvəsinin başa çatması demək olacaq. Bu müddət başa çatdıqdan sonra mərkəzin Moldova Respublikasında fəaliyyət göstərməsi üçün qanuni əsasları olmayacaq", - Popşoy bildirib.

O əlavə edib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya tərəfi bu müddəalara əməl etməlidir.

Oxşar xəbərlər

Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər