Tokayev: Dövlət sistemini dəyişdirmək niyyətində deyiləm
Far.Az xəbər saytı

Tokayev: Dövlət sistemini dəyişdirmək niyyətində deyiləm


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlament islahatı zamanı dövlət sistemini şəxsi maraqlara görə dəyişmək niyyətində olmadığını bildirib.

"Report" xəbər verir ki, o bu barədə "Türkistan" qəzetində dərc olunan müsahibəsində bildirib.

Ölkə lideri islahatın məqsədinin parlament sədrinin dövlət idarəçilik sistemində əsas vəzifəyə çevirmək və bu vəzifəni özü üçün hazırladığı barədə iddiaları təkzib edib.

"Bu, fantaziyadır. Belə mühakimələr mənim siyasi prinsiplərimə ziddir. Mən dəfələrlə demişəm ki, Qazaxıstan prezident idarəetmə forması olan dövlətdir.

Səkkiz il əvvəl, Akordaya (prezident iqamətgahına - red.) gəlməmişdən əvvəl - "güclü prezident" - "nüfuzlu parlament", - "hesabatlı hökumət" konsepsiyasını təqdim etmişdim.

Bütün dövlət sistemini şəxsi maraqlara görə dəyişmək son dərəcə məsuliyyətsizlik və deyərdim ki, vicdansızlıq olardı", - Tokayev qeyd edib.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İki türk dövlətinin əməkdaşlığı regional gücə çevrilir: Qazaxıstan və Azərbaycan birliyi - "Kaspi"nin ŞƏRHİ
Kasım-Jomart Tokayev ad günü münasibətilə Azərbaycan Prezidentinə zəng edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər