Far.Az xəbər saytı
Far.Az xəbər saytı
"Çelsi" Vinisius Junior üçün böyük məbləğdə pul təklif etməyə hazırlaşır
İngiltərənin "Çelsi" klubu İspaniyanın "Real" (Madrid) komandasının hücumçusu Vinisius Juniorun transferində maraqlıdır.
"Far.Az" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 25 yaşlı braziliyalı futbolçu üçün 160 milyon avro məbləğində təklif irəli sürməyə hazırdır.
Mənbənin məlumatına görə, "zadəganlar" oyunçunu razı salmağa çalışırlar.
Vinisius 2018-ci ilin iyul ayında "kral klubu"na transfer olunub.
O, 2025/2026 mövsümündə madridlilərin heyətində bütün turnirlərdə 25 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Vinisius Juniorun "Real"la mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bayramdan sonra Bakı: Səssiz küçələrin danışan mənzərəsi - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
-
Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib
-
Cəlilabadda növbəti əmək yarmarkası keçirilib
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb













