İranda təhlükəsizlik qüvvələri xəstəxanalara hücum edib
İranın təhlükəsizlik qüvvələri Elam şəhərində etirazçıların toplaşdığı Xomeyni xəstəxanasına hücum edib.
"Report" İran mediasına istinadən xəbər verir ki, oxşar hadisə Tehrandakı Sina xəstəxanasında da qeydə alınıb.
Təhlükəsizlik qüvvələri Sina xəstəxanasının girişini bağlayıblar. Binadan atəş səsləri eşidilib. Bundan sonra etirazçılar ərazidən qaçmağa başlayıblar.
Bununla yanaşı, Tehranın metrostansiyalarında etirazçılara qarşı gözyaşardıcı qazın tətbiq edilməsi barədə məlumatlar daxil olub.
Qeyd edək ki, İranda rialın dəyərdən düşməsi və əhalinin rifah şəraitinin pisləşməsinə görə, etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib, ölən və yaralananlar olub. Həmçinin 600-dən çox insanın saxlanıldığı bildirilir. Onların arasında yeniyetmələr də var.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













