KİV: Böyük Britaniyalı milyarder İtaliyada gəmi qəzasından sonra itkin düşüb
Böyük Britaniyalı biznesmen Maykl Linç İtaliyanın Siciliya adasının sahillərində yelkənli gəminin qəzaya uğramasından sonra itkin düşüb.
“Far.Az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi axtarış-xilasetmə əməliyyatına yaxın mənbəyə istinadən məlumat yayıb.
“The Daily Telegraph” qeyd edir ki, iş adamının qayıqda olan həyat yoldaşı Encela Bakares xilas edilib.
ANSA agentliyinin məlumatına görə, göyərtəsində 22 nəfərin olduğu 56 metr uzunluğundakı yelkənli “Bayesian” gəmisi bazar ertəsi səhər Palermo şəhəri yaxınlığında batıb. Yaxta Britaniya bayrağı altında üzüb, sərnişinlər əsasən Böyük Britaniya, eyni zamanda Yeni Zelandiya, Şri Lanka, İrlandiya vətəndaşları, eləcə də Britaniya-Fransa ikili vətəndaşlığa malik şəxs olub.
Sahil mühafizəsi 15 sərnişini, o cümlədən 1 yaşlı uşağı xilas edə bilib. O, Palermo Uşaq Xəstəxanasına çatdırılıb. Qəza yerində dalğıclar sərnişinlərdən birinin meyitini aşkar ediblər. altı nəfər, o cümlədən, dörd britaniyalı hələ də itkindir. Batan gəmi sahildən təxminən 800 metr məsafədə və 49 metr dərinlikdədir.
Agentlik bildirib ki, adanın qayığın batdığı sahil ərazisində daha əvvəl qasırğa olub.
Qeyd edək ki, Linç yüksək texnologiyalar sahəsindəki fəaliyyətinə görə vətənində tez-tez “Britaniyalı Bill Geyts” adlandırılırdı. O, 2011-ci ildə nəhəng “Hewlett-Packard” (HP) tərəfindən təxminən 11 milyard ABŞ dollarına alınan “Autonomy” texnologiya şirkətinin yaradıcılarından biridir . Bu saziş iş adamına 800 milyon ABŞ dollarından çox qazandırmışdı.
Oxşar xəbərlər
Göyərtəsində milyarderlərin olduğu yaxtanın qəzaya uğramasının TƏFƏRRÜATI AÇIQLANDI
İtaliya sahillərində yaxta batıb, milyarder Mayk Linç və digər 5 nəfər itkin düşüb
Demokratik Konqoda gəmi qəzasından sonra 200-dən çox insan itkin düşüb
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək













