İran Almaniyanı insan hüquqları sahəsində ikili standartlarda ittiham edib
Far.Az xəbər saytı

İran Almaniyanı insan hüquqları sahəsində ikili standartlarda ittiham edib


İran xarici işlər naziri Abbas Əraqçi Almaniya Kansleri Fridrix Mertsin ölkə rəhbərliyini tənqid edən bəyanatlarına reaksiya verərək bu ölkəni insan hüquqları sahəsində ikili standartlarda ittiham edib.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

A.Əraqçinin sözlərinə görə, Almaniya belə bəyanatlar üçün ən az uyğun tərəflərdən biridir, çünki onun insan hüquqları məsələlərində nüfuzu Berlinin İsrailin Qəzzadakı müharibəsinə dair mövqeyi ilə tamamilə sarsılıb.

O qeyd edib ki, İran "dinc sakinləri və polisləri öldürən terrorçulara qarşı mübarizə aparır".

Daha əvvəl, Kansler bildirib ki, yalnız zorakılıq hesabına hakimiyyətdə qala bilən rejim əslində artıq məhvə məhkumdur. O qeyd edib ki, İrandakı mövcud hakimiyyət süqutun astanasındadır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər