İran ABŞ-yə xəbərdarlıq edib: Keçmişdəki səhvinizi təkrarlamayın
Far.Az xəbər saytı

İran ABŞ-yə xəbərdarlıq edib: Keçmişdəki səhvinizi təkrarlamayın


İranın xarici işlər naziri Abbas Əraqçi bu ölkədə baş verən etirazlar fonunda ABŞ Prezidenti Donald Trampın hərbi müdaxilə ilə bağlı fikirlərinə münasibət bildirərək onu diplomatiya yoluna dəvət edib.

"Report" xəbər verir ki, Əraqçi bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

O, aparıcının etirazçılara yardım məsələsində "müəyyən addımlar" atmağı düşünən Trampa mesajının olub-olmadığı barədə sualına cavab verib.

"Mənim mesajım budur ki, iyun ayında etdiyiniz eyni səhvi təkrar etməyin. Bilirsiniz, uğursuz bir təcrübəni yenidən sınasanız, eyni nəticəni alacaqsınız", - Əraqçi vurğulayıb. O əlavə edib ki, ABŞ administrasiyası diplomatiyaya üstünlük verməlidir.

XİN rəhbəri həmçinin bildirib ki, ölkədə vəziyyət nəzarət altındadır.

Xatırladaq ki, Ağ Evdə sənədlərin imzalanma mərasimində çıxış edən Donald Tramp İranda qətllərin dayandırıldığına dair məlumatlar gəldiyini bildirib.

Onu da bildirək ki, ABŞ ötən ilin iyun ayında İsrail və İran arasında 12 günlük müharibə zamanı bu ölkəyə hava zərbələri endirmişdi.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər